
Növbəti iki gündə hava nisbətən soyuyacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin məlumatına görə, martın 1-dən 2-nə keçən gecə Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Martın 2-də mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 1-də arabir yağış
yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta,
gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın
minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Martın 2-də bölgələrdə havanın əsasən səhər və axşam saatlarında yağıntılı
olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə
duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə
isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək
isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə
şaxta olacağı gözlənilir
O.M.