Lökbatanda “Mercedes” “VAZ-21019”la toqquşub – Ölən var

Lökbatanda “Mercedes” “VAZ-21019”la toqquşub – Ölən var

29 Avqust 2019 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.