Neftçala və Füzulidə yanğın baş verib

Neftçala və Füzulidə yanğın baş verib

29 Avqust 2019 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

Neftçala rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Oxuməni.az-ın verdiyi xəbərə görə, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunda ümumi sahəsi 210 m² olan (150 m² sahədə talvar, 60 m² sahədə tövlə) köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 60 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonununda 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.