Şəmkirdə və Mincəçevirdə yanğın olub

Şəmkirdə və Mincəçevirdə yanğın olub

28 Avqust 2019 08:41
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunun Düzqışlaq kəndində 8 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı digər ot tayaları yanğından mühafizə olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.