Azərbaycanda yüksək vəzifəli şəxsə ağır itki üz verib

Azərbaycanda yüksək vəzifəli şəxsə ağır itki üz verib

21 Avqust 2019 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Birinci vitse-prezidentin köməkçisi Emin Zamin oğlu Hüseynova ağır itki üz verib.

E.Hüseynovun anası Südabə xanım dünyasını dəyişib.

Qeyd edək ki, E.Hüseynov ABŞ-da nüfuzlu universitetlərdə təhsil alıb, Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, Milli Bankda, Azərbaycan Diplomatiya Akademiyasında yüksək vəzifələrdə çalışıb.

Pezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini, daha sonra isə Birinci vitse-prezidentin köməkçisi təyin edilib.

Qeyd edək ki, E.Hüseynovun atası Zamin Hüseynov ölkənin tanınmış kimyaçılarından olub və Sumqayıtdakı bir sıra iri zavodlara rəhbərlik edib.