Respublikamızın bəzi rayonlarında yanğınlar baş verib
Şəki şəhərinin Sarıca kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Balakən rayonunda ümumi sahəsi 150 m² olan mağazada 40 m² sahədə ərzaq malları qismən yanıb, lambirindən ibarət tavanı 80 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın tavan hissəsində 1 p.m elektrik naqilləri yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


















































.jpg)
.jpg)






.jpg)





















.jpg)













