Azərbaycanın bəzi rayonlarında yanğınlar olub

Azərbaycanın bəzi rayonlarında yanğınlar olub

3 Avqust 2019 06:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Sabunçu rayonunda "Daewoo" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Ağdam rayonunun Quzanlı qəsəbəsində "Azərpambıq" MMC-yə məxsus pambıq emalı zavodunun ərazisində 220 ton pambıq tayasının 600 kiloqramı yanıb. Pambıq tayalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lerik rayonunda həyətyanı sahədə ümumi sahəsi 88 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları yanıb. Qaraja bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.