
Yəmən prezidentinin andiçmə mərasimindən sonra ölkədə dəhşətli terror aktı baş verdi
Bu gün Yəmən prezidentinin andiçmə mərasimindən sonra ölkənin cənubunda prezident iqamətgahının yaxınlığında gözlənilmədən avtomobil partlayıb. Reuters-in məlumatına görə, partlayış zamanı ən azı 26 nəfər ölüb, onlarla insan yaralanıb. Artıq beynəlxalq terror təşkilatı "Əl Qaidə" məsuliyyəti öz üzərinə götürüb. "Əl Qaidə"-nin bəyanatında bildirilir ki, intiharçı Mukallanın törətdiyi partlayış Respublika qvardiyasının cinayət əməllərinə etiraz xarakteri daşıyır.
Xatırladaq ki, seçkilərdə yeganə namizəd olan Abd Rabbu Mansur Hadinin
inauqurasiyası bu gün baş tutub. O, prezidentlik kürsüsündə 34 il olmuş və
danışıqlar yolu ilə könüllü istefa vermiş Əli Abdulla Salehin vəzifəsini 2 il müddətinə
icra edəcək.
O.M.
Digər xəbərlər