
Əfqanıstanda ABŞ-ın 2 hərbi məsləhətçisi öldürüldü
Quranın yandırılmasına etiraz edən kütlə BMT-nin Əfqanıstandakı iqamətgahını ələ keçirib
Bu gün Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında atışma zamanı ABŞ-ın iki hərbi məsləhətçisi qətlə yetirilib. Britaniyanın BBC kanalının məlumatına görə, 5-ci gündür davam edən anti-amerikan mitinqləri ölkədə böyük vüsət alıb.
Xatırladaq ki, paytaxt Kabil ətrafındakı "Baqram" hərbi bazasında ABŞ hərbçiləri İslam dininə aid kitabları, o cümlədən Quran kitabını yandırdıqdan sonra Əfqanıstan sözün əsl mənasında ayağa qalxıb.
Ümumiyyətlə, ötən 5 gün ərzində ölkədəki qarşıdurmalarda 25 nəfər həlak olub, onlarla insan yaralanıb. Artıq etiraz dalğaları qonşu Pakistana da sıçrayıb. Ən son məlumata görə, etirazçılar BMT-nin əfqanıstandakı iqamətgahını ələ keçiriblər.
O.M.
Digər xəbərlər