Dənizdə 6 nəfər batıb: Onların axtarışı davam edir
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfərin, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.
Əlavə məlumat veriləcək.
Digər xəbərlər