Respublikamızın rayonlarında yanğınlar olub

Respublikamızın rayonlarında yanğınlar olub

24 İyul 2019 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam rayonunun Böyükbəyli kəndində həyətyanı sahədə 40 ton ot bağlamasının 10 tonu yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Muğanlı kəndində həyətyanı sahədə ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 96 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və damına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.