Qax və Yevlax rayonlarında yanğın baş verib

Qax və Yevlax rayonlarında yanğın baş verib

20 İyul 2019 07:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayonunun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 ha sahədə quru ot və "İlisu Dövlət Təbiət Qoruğu” nun ərazisində 10 ha sahədə kol-kos yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, qoruq ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax rayonunun Kövər kəndində 44 ton ot bağlamasının 14 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.