Naxçıvandan Bakıya uçan təyyarə qəza enişi edib

Naxçıvandan Bakıya uçan təyyarə qəza enişi edib

17 İyul 2019 12:20
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

Bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb.

Qeyd olunur ki, hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.