Suriyada dəhşətli  qəza baş verib

Suriyada dəhşətli qəza baş verib

21 Aprel 2011 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 25 iraqlının öldüyü bildirilir. Sana xəbər agentliyinin verdiyi məlumata görə, Şam - Xumus şəhərləri arasında hərəkət edən avtobusun sürücüsünün bir anlıq diqqətinin yayınmağı nəticəsində qəza baş verib.


Agentlik qəza zamanı 20 iraqlının da ağır xəsarətlər aldığını açıqlayıb. Agentliyin açıqlamasında avtobusun vadiyə düşməsi nəticəsində qəzanın baş verdiyi qeyd edilib.


Yoldakı şeytan yenə də iş başındadır. Hətta ziyarət marşrutunda da ona rast gəlmək olar. Gəlin deyək: Lənət Şeytana!


Hafiz Əhmədov


O.M.