Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib
Sabirabad rayonunun Şıx Salahlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 20 m² sahədə və altına yığılan 30 ton ot bağlamasının 6 tonu yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Masallı rayonunun Güllutəpə kəndində həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Yardımlı rayonunun Urakəran kəndində ümumi sahəsi 10 m² olan köməkçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə və həyətyanı sahəyə yığılan 9 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qusar rayonunun Gədəzeyxur kəndində ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 9 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.























































.jpg)
.jpg)






.jpg)





























