Kaliforniyada zəlzələ səbəbindən fövqəladə rejim tətbiq edildi
ABŞ-ın Kaliforniya ştatının cənubunda Kern dairəsində zəlzələ ilə bağlı fövqəladə rejim tətbiq edilib. Bu məlumat ştatın qubernatoru Qevin Nyusomun bəyanatında yer alıb.
Kern dairəsinin yanğından xidmət nümayəndələrinin keçirdiyi mətbuat konfransında yanğın zamanı bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir. Ölənlər barədə məlumat daxil olmayıb. Kern dairəsində yerləşən Rickrest şəhərində xəstəxanaların birində təxliyə aparılıb, 15 xəstə digər tibb müəssisəsinə köçürülüb.
Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub. Rickrest meri Peqqi Briden CNN telekanalına müsahibəsində zəlzələdən sonra şəhərdə yanğınlar baş verdiyini bildirib. Bunun qaz kəmərinin sıradan çıxması ilə bağlı olduğu güman edilir. Azərtac























































.jpg)
.jpg)






.jpg)





























