Çinin İbin şəhərində 5.6 bal gücündə zəlzələ baş verib

Çinin İbin şəhərində 5.6 bal gücündə zəlzələ baş verib

4 İyul 2019 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Siçuan vilayətinin İbin şəhəri ərazisində son iki gündə ikinci zəlzələ qeydə alınıb.

Çin Seysmoloji Mərkəzi xəbər verir ki, Qonsian qəzasında 5,6 bal gücündə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 8 kilometr dərinlikdə olub. Zərərçəkənlər və yaralananlar, həmçinin dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, iyulun 3-də İbin şəhəti ərazisində 4,8 bal gücündə zəlzələ olmuşdu. Ötən ayın 17-də və 22-də isə baş verən zəlzələlərdə ümumilikdə, 13 nəfər ölmüş, 200-dən çox adam yaralanmışdı. Zəlzələnin törətdiyi fəsadlarla əlaqədar 80 min sakin təxliyə edilmişdi.