
Bu gün Yevlax şəhərində yük qatarı aşdı
"Azərbaycan Dəmir Yolları" QSC-nin Qərb Regional İdarəsinin məlumatına görə, 23 fevral günü Böyükkəsik - Bakı marşrutu ilə hərəkət edən yük qatarının 2 vaqonu aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki vaqondakı yüklər dağılıb. Baş verən qəza digər qatarların hərəkətinə maneçilik törətməyib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
O.M.
Digər xəbərlər