Qazaxda güclü külək fəsadlar törədib

Qazaxda güclü külək fəsadlar törədib

29 İyun 2019 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Qazax rayonunda yağışla müşayiət olunan güclü külək fəsadlar törədib.

Qazax şəhərində külək bir neçə ağacı aşırıb.

Onlardan bəziləri elektrik xətlərinin üzərinə düşdüyü üçün, elektrik enerjisi verilişində fasilələr yaranıb. Aşan ağaclardan biri avtomobilin üzərinə düşüb.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Hazırda rayon ərazisində hava şəraiti sabitdir.