
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin olundu
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Rafiq Məmmədov Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinə rəis təyin edilib. Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin əvvəlki rəisi Fazil Cəfərov isə ötən ilin oktyabrında təqaüdə göndərilib.
O.M.
Digər xəbərlər