Respublikamızın bəzi rayonlarında yanğınlar baş verib
Cəlilabad rayonunun Adnalı kəndində 6 ton ot bağlaması yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqda olan traktor və qoşqusu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 30 m² olan tövlənin yanar konstruksiyaları 15 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Salyan rayonunun Kürsəngi kəndində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 5 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi sahəsi 50 m² olan lambirindən ibarət talvar 20 m² sahədə əriyib. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



































































.jpg)
.jpg)
.jpg)
























