Respublikamızın  bəzi rayon və kəndlərində yanğın baş verib

Respublikamızın bəzi rayon və kəndlərində yanğın baş verib

19 İyun 2019 08:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran rayonunun Şahnəzərli kəndində transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Bala Surra kəndində ümumi sahəsi 162 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Qaraçay qəsəbəsində 0,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Xol Qarabucaq kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Böyük Bəhmənli kəndində 140 ton ot bağlamasının 80 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda 700 ha biçilmiş taxıl sahəsi, 1300 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 32 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağsu rayonunun Göydəlləkli kəndində transformatorun yağı və sarğıları, yaxınlıqda olan iki ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.