Məşhur sehrbaz fənd zamanı öldü

Məşhur sehrbaz fənd zamanı öldü

18 İyun 2019 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanlı sehrbaz Çançal Lahiri XIX əsr illüziyaçısı Harri Hudininin məşhur fəndini yerinə yetirən zaman boğularaq ölüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə BBC məlumat yayıb.

Fənd zamanı çaya əlləri bağlı və zəncirlənmiş şəkildə baş vuran Ç.Lahiri 10 dəqiqə vaxt keçsə də, suyun səthinə çıxmayıb.

Aparılan axtarışlar nəticəsində sehrbazın meyiti bir neçə saat sonra ölümcül fəndin həyata keçirildiyi ərazidən bir kilometr aralıda aşkarlanıb.