Şamaxı, Oğuz və Tərtərdə yanğın hadisəsi qeydə alınıb
Şamaxı rayonunun Sabir qəsəbəsində ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oğuz rayonunun Calut kəndində ümumi sahəsi 96 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Tərtər rayonunda iki traktor qoşqusunun yanar hissələri, qoşqulara yığılan 4 ton ot bağlaması və bitişik 6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

































.jpg)




























































