Eldar Sabiroğlu oğlundan imtina edib

Eldar Sabiroğlu oğlundan imtina edib

17 İyun 2019 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi Mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə E.Sabiroğlu oğluna məktub yazıb. O, Rüfətə artıq atası olmadığını, hətta cənazəsinə gəlməməyi vəsiyyət edib.

Bununla bağlı Rüfət Səfərov özünün "Facebook" səhifəsində yazıb və atasının məktubunu paylaşıb.

Qeyd edək ki, Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.