
ABŞ-da bığlı kişilər kütləvi etiraz mitinqinə qalxdılar
Bu gün Vaşinqtonun Kapitoliya təpəsində bığlı kişilər etiraz aksiyası keçirirlər. Onlar bığlarına qulluq üçün illik sərf etdikləri 250 dolları təzminat şəklində hökumətdən geri istəyirlər. Onların fikrincə, bığ saxlamaqla ölkə iqtisadiyyatına və ekologiyaya xeyir verirlər. Belə ki, bığ xərcləri dolayısı ilə büdcəyə mədaxil olur. Bığı qırxmamaq isə elektrik enerjisinə və ya zibilə qənaətlə nəticələnir. Rəqəmlər ilk baxışdan gülünc görünsə də, ABŞ-ın əhalisinin 500 milyona yaxın olduğunu nəzərə alsaq, ümumi məbləğin astronomik ölçülərdə olduğunu görə bilərik. Onu da qeyd edək ki, bığlı aksiyaçılar hökumətdən alacaqları təzminatı daraq, güzgü, tük boyası, krem və qoruyucu vasitələrə sərf edəcəklərinə söz veriblər. Aksiyada Barak Obamanın bığlı şəklini əks etdirən plakatlar qaldırılıb.
Yeri gəlmişkən, ABŞ analitiklərinin apardıqları
sorğunun nəticələrinə görə, bığlı kişilər bığsızlara nisbətən 38% yaraşıqlı və 25% ehtiraslı olurlar.
Hökumət budəfəki mitinqə yetərincə reaksiya vermədiyi üçün bığlı etirazçılar 01
aprel günü 1 milyon nəfərlə Kapitoliyadan Ağ evə qədər yürüş edəcəklərini
bildiriblər.
Bığla saqqalın arasına girən dilə-ağıza düşər...
Murad Şahməmmədov
O.M.