Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var
Nizami rayonu ərazisində avtomobil qəzası baş verib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, metronun Qara Qarayev stansiyasının yaxınlığında "BMW" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərinin vəzyyəti ağırdır.
Qəza zamanı yaralananlardan 1979-cu il təvəllüdlü Rəhmanov Rasim Muxtar oğlu və 23 yaşlı Bilalov Azər Aydın oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Digər xəbərlər





























































































