Respublikamızın bəzi rayonlarında yanğınlar baş verib
Biləsuvar rayonunda ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 1 ədəd hava təmizləyici qurğu və tavan 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
İsmayıllı rayonunun Qubaxəlilli kəndində 30 ha biçilmiş taxıl sahəsi, 5 ha sahədə kol-kos və qamışlıq yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qəbələ rayonunun Çuxur Qəbələ kəndində 0,4 ha biçilməmiş və 0,2 ha biçilmiş taxıl sahəsi yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəmkir rayonunun Qapanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.
Beyləqan rayonunun Örənqala qəsəbəsində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub.
Cəlilabad rayonunun Sərhədabad kəndində ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılan 2 ton ot bağlamasının 0,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Kürdəmir rayonunun Qarabucaq kəndində T-28 markalı traktorun qoşqusuna yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.



































































.jpg)
.jpg)
.jpg)
























