“Son zəng”də məktəb direktorunu döydülər – Azərbaycanda

“Son zəng”də məktəb direktorunu döydülər – Azərbaycanda

14 İyun 2019 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İmişli rayonunda dərs ilinin başa çatması münasibəti ilə keçirilən tədbirdə İmişli şəhər 1 saylı orta məktəbin direktoru Akif Quliyevlə məktəbi bitirən şagirdlər arsında əlbəyaxa dava baş verib.

Hadisə zamanı şagirdlər məktəb direktorunu döyərək ciddi xəsarət yetiriblər. Məlumata görə, polis işə qarışaraq Akif Quliyevin burnunu sındıran şagirdləri polis bölməsinə aparılıblar.

Faktla bağlı cinayət işinin açıldığı bildirilir.