BMV qəzaya uğrayıb, ölən var

BMV qəzaya uğrayıb, ölən var

12 İyun 2019 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda "BMW" markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.