Liftdə köməksiz qalan xilas edilib

Liftdə köməksiz qalan xilas edilib

12 İyun 2019 07:41
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.