Liftdə köməksiz qalan 6 nəfər xilas edilib

Liftdə köməksiz qalan 6 nəfər xilas edilib

11 İyun 2019 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.