İngiltərədə şiddətli yağışlar həyatı iflic edib

İngiltərədə şiddətli yağışlar həyatı iflic edib

11 İyun 2019 08:37
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə yağan şiddətli yağışlar daşqınlara səbəb olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yağışlar nəticəsində meydana gələn daşqınlar nəqliyyatın hərəkətini iflic edib. Yağışlar nəticəsində Kinqston körpüsü iki saat ərzində nəqliyyatın hərəkəti üçün bağlı olub. Kent bölgəsində yolları sel suları yuyub aparıb. Sürücülərə yollardakı təhlükəli vəziyyət barədə xəbərdarlıq edilib.

Hava şəraiti ilə əlaqədar bir sıra idman yarışlarının keçirilməsi dayandırılıb