Ankaraya yağan güclü yağış daşqına səbəb olub
İyunun 9-da Ankaraya yağan güclü yağışın səbəb olduğu sel və daşqın 3 nəfərin həyatına son qoyub. Bu barədə Ankara valiliyi tərəfindən rəsmi açıqlama yayılıb.
Qeyd edək ki, şəhərdəki sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Şəhər təsərrüfatının idarə olunması çətinləşib.Azərtac
Digər xəbərlər






























































































