BBC bütün müsəlmanlardan üzr istəyib
BBC Mavi Mərmərə basqını ilə bağlı keçən il yayımladığı "Ağ dənizdə ölüm" adlı sənədli filminə görə üzr istəyib. Sənədli film türk və müsəlmanlar arasında böyük narazılığa səbəb olub. Bu səbəbdən filmin üzərində aparılan araşdırma işinə bir ildən sonra yekun vurulub.
BBC-nin idarə heyəti filmin bəzi hissələrinə görə üzr istəyib. İdarə heyəti filmin tamamilə tərəfsiz olduğunu açıqlayıb. Yarım saatlıq filmdə basqın edən İsraillə bağlı yanlış məlumatlar verilib. Bu hadisə Türkiyənin haqlı narazılığına səbəb olub.
BBC-nin İdarə Heyəti Filmin tərəfsiz olduğunu gəmidə tapılan dərmanların hamısının vaxtı keçmiş olması ilə əsaslandırıb. BBC-nin İdarə Heyətinin Prezidenti Alison Hastinq verilən bütün yanlışlıqlara görə BBC adından üzr istədiyini açıqlayıb.
Üzr istəmək səhv edənlərin işidir, təxribat edənlərin yox...
Hafiz Əhmədov
O.M.