Goranboy və Samuxda yanğın baş verib
Goranboy rayonunun Dəliməmmədli şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 22 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Samux rayonunun Çobanabdallı kəndində birinin ümumi sahəsi 20 m², digərinin ümumi sahəsi 6 m² olan iki köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər



































































.jpg)
.jpg)
.jpg)
























