Yaponiyada məktəbli avtobusu qəzaya uğrayıb

Yaponiyada məktəbli avtobusu qəzaya uğrayıb

4 İyun 2019 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın Totiqi prefekturasında məktəb avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, avtoqəza zamanı 5 nəqliyyat vasitəsi toqquşub. Onların arasında uşaqları ekskursiyaya aparan məktəb avtobusu da olub.

Nəticədə 15-i aşağı sinif şagirdləri olmaqla, 17 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.Ona