
Suriyada Türkiyənin və İsrailin kəşfiyyatçıları tutuldu
Onlar İsraildə Mossad tərkibində təlim gördükdən sonra Suriya ərazisinə keçiblər
İranın Mehr xəbər agentliyinin məlumatına görə, Suriyada Türkiyənin və İsrailin xüsusi xidmət orqanları fəaliyyət göstərir. Onlar müxalifətə Bəşər Əsədi devirmək üçün kömək edirlər.
İnterfax-ın məlumatına görə, ötən həftə Suriya ordusu 50 türk hərbi kəşfiyyatçısını ələ keçirib. Onlardan başqa ölkə ərazisində İsrail hərbi kommandos briqadasının üzvləri də tutulub. Əsir götürülən 7 türk kəşfiyyatçısı etiraf edib ki, onlar Suriya Azad Ordusunun qurulması üçün həmin ölkəyə göndəriliblər. Bundan əvvəl isə Mossad tərkibində İsraildə təlimlər keçiblər.
O.M.
Digər xəbərlər