Masazırda avtomobil piyadanı vurub

Masazırda avtomobil piyadanı vurub

2 İyun 2019 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Masazır dairəsində Xırdalan istiqamətində "Mercedes" markalı maşın piyadanı vurub.

Avtomobil daha sonra işıq dirəyinə çırpılıb və nəticədə dirək aşıb. Ağır xəsarət alan piyada digər maşınla xəstəxanaya aparılıb.

Qəzada ağır xəsarət alan 50-55 yaşlı qadının həmin ərazidə dilənçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Ona