Qapı arxasında köməksiz qalanlar xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai, Nərimanov və Binəqədi rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Bakı şəhərinin Xətai rayonunda bir-birinə bitişik ümumi sahəsi 28 m², digərinin sahəsi 60 m² olan iki mağazanın yanar konstruksiyaları yanıb. Digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

































.jpg)




























































