
Azərbaycan Ordusu cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayır
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.
O.M.
Digər xəbərlər