
İsrailin Müdafiə nazirinə qarşı sui-qəsdin qarşısı alındı
İsrailli nümayəndə heyətinin maşınının altına bomba quraşdırılmışdı
Küveytin Al-Jareeda qəzetinin məlumatına görə, İsrailin Müdafiə naziri Ehud Barak Sinqapurda işgüzar səfərdə olarkən ona qarşı hazırlanmış sui-qəsd planının qarşısı alınıb. Ehud Barakla bərabər Müdafiə Nazirliyinin Baş direktoru Udi Şani də terroristlərin hədəfində olub. Belə ki, beynəlxalq avia-şou zamanı Sinqapur təhlükəsizlik qüvvələrinə terror planı haqda məlumat daxil olub. Hərəkətə keçən hüquq-mühafizə orqanları Ehud Barakın avtomobilinin altında quraşdırılmış bombanı aşkar edərək zərərsizləşdiriblər. Məlumatda o da bildirilir ki, terrorun təşkilində şübhəli bilinən 3 nəfər həbs edilib.
O.M.
Digər xəbərlər