Ermənistandan ətrafa  radioaktiv sızıntılar yayılır

Ermənistandan ətrafa radioaktiv sızıntılar yayılır

21 Aprel 2011 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın paytaxtı Yerevan ilə Türkiyənin sərhədi arasındakı ərazidə radioaktiv tozların mövcud olması barədə məlumat yayılıb. News.am saytının xəbərinə əsaslanan Türkiyə mətbuatı bildirir ki, bu ölkənin Ermənistanla sərhədinin yaxınlığında yerləşən Metzamor atom elektrik stansiyasından ətrafa radioaktiv sızıntılar yayılır. Sızıntılar daha çox sərhəddə yerləşən Türkiyənin Iğdır bölgəsində toz buludlar formasında müşahidə olunur.


Ermənistanda bu xəbər böyük mübahisəyə səbəb olub. Ermənistan tərəfindən verilən açıqlamaya görə, toz buludlarındakı radioaktiv maddələr zərərsizdir. Buludların yaranmasının səbəbi Ermənistanda baş vermiş şiddətli küləklər olub.


Ermənistandan dünyaya ancaq mənfi enerjilər saçıla bilər. Bunu gec-tez bütün dünya anlayacaq.


Hafiz Əhmədov


O.M.