
Aqil Abbasın oğlu polis rəisi təyin olundu
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Tuncay Abbasov Bakı Şəhər Baş Polis İdarəsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi təyin edilib. T.Abbasov bundan əvvəl Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi
Fəqan Azadəliyev isə bir müddət əvvəl Yardımlı Rayon Polis Şöbəsinə rəis təyin
edilib.
Qeyd edək ki, T.Abbasov Milli Məclisin deputatı,
yazıçı-publisist Aqil Abbasın oğludur.
O.M.
Digər xəbərlər