VIDEO-Dünya Medvedevin rəqsini danışır
Rusiya prezidenti "youtube"da yayımlanan video haqqında "Twitter"ə açıqlama verib. Belə ki, yayımlanan videoda "Amerikan boy" pop mahnısı ilə rəqs edən prezidentin görüntüləri internetdə reytinq qırmağa davam edir.
Medvedev, "köhnə sinif
yoldaşlarımla bir il əvvəl partidə idik. Rəqs və mahnı keçmiş xatirələrdəndir",
- deyib.
Kremlinin mətbuat katibi Nataliya Timakova
görüntülərin bir ofisiant tərəfindən çəkildiyini və şəxsi həyata müdaxilə
olduğunu söyləyib. Görüntülərin "youtube" saytına 19 apreldə
yerləşdirildiyi bildirilib.
Medvedevi "amerikan boy" oynatdı. "Qaragöz boy-boy" mahnısı isə hələ də onun sümüyünə düşmür.
Elvin Babayev
O.M.
Digər xəbərlər