 
    
    Ermənistan Ordusu atəşkəsi pozdu
Düşmən cavab atəşi ilə susduruldu
        Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-də saat 12.05-dən 12.20-dək Ermənistan respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15.30-dan 16.00-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    


















































































