BƏƏ casusu həbsxanada intihar etdi

BƏƏ casusu həbsxanada intihar etdi

29 Aprel 2019 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyat çərçivəsində saxlanılan BƏƏ xüsusi xidmət orqanlarının 2 kəşfiyyatçısından biri Silivri həbsxanasında intihar edib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd edək ki, aprelin 20-də Türkiyədə BƏƏ xüsusi xidmət orqanlarının 2 kəşfiyyatçısı saxlanılıb. Həbs olunan kəşfiyyatçılardan birinin jurnalist Camal Qaşıqçı cinayəti ilə əlaqəsi olduğu bildirilirdi.