Avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb

Avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb

28 Aprel 2019 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər rayonu ərazisində, Mərdəkan-Bakı yolunda 171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan daha 3 nəfər evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alanlardan 7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir. (trend)