Azərbaycanın bəzi rayonlarında  yanğın baş verib

Azərbaycanın bəzi rayonlarında yanğın baş verib

28 Aprel 2019 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran rayonunda dənizkənarı keçilməz bataqlıq ərazidə qamışlıq yanır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Ağsu rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və 2 p.m mebel yanıb. Yüksək temperaturdan mətbəxin plastikdən ibarət qapı və pəncərəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda "Daewoo" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 300 m²) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, 2-ci mərtəbəsində 3 otaq və dəhlizin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 900 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Yalavanc kəndi və Şabran rayonu ərazisində 115 ha sahədə qamışlıq yanıb. Digər ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.