Hacı Zeynalabdin qəsəbəsində yanğın baş verib
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər









































.jpg)




















































